15.03.2013 [10:49] - Gündəm, Mədəniyyət
Hüseyn Cavidin “Şeyda” əsəri rus, ingilis, alman, fransız, polyak, belarus, bolqar, ukrayna, çex, yunan dillərinə tərcümə edilib. AMEA Hüseyn Cavidin ev muzeyinin elmi katibi İlahə İbrahimovanın verdiyi məlumata görə, bu iş AMEA Hüseyn Cavidin ev muzeyinin və Bakı Slavyan Universitetinin birgə layihəsi əsasında həyata keçirilib. Kitaba Hüseyn Cavidin ev muzeyinin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı ön söz yazıb. Ön söz əsərin tərcümə edildiyi hər bir dilə tərcümə edilib. Kitab 10 dildə işıq üzü görüb. Kitabın nəşrinə məsul şəxslər AMEA-nın müxbir üzvü Kamal Abdulla və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır
Bu xəbər oxucular tərəfindən 992 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |