Şrift:
Həbsdə olan Güney azərbaycanlı fəallar aclıq aksiyasına başlayacaqlarını bildiriblər
15.03.2013 [11:24] - Güney Azərbaycan xəbərləri
Təbriz zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəallardan yeni xəbər var.
Güney Azərbaycan Milli Hərəkatından davam.az saytına daxil olan məlumata görə, tutuqlu azərbaycanlı fəallar Mehdi Həmidi Şəfiq və Fərdin Muradpur zindan məsullarının nalayiq rəftarları və təcridxananın ağır şəraitini dilə gətirərək, dözülməz vəziyyətə etiraz ediblər. Onlar, ağır durumu aradan qaldırmaqla bağlı bir neçə tələb irəli sürüblər. Tələblərin yerinə yetirilməyəcəyi təqdirdə isə sabahdan aclıq aksiyasına başlayacaqlarını diqqətə çatdırıblar.
Ümid edirik ki, Təbriz zindanında həbs olunan bütün məhbusların o cümlədən azərbaycanlı fəalların məhbus hüquqları təmin olunsun.
Bu xəbər oxucular tərəfindən 830 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed