Şrift:
Həsən Ərk və Əhməd Riyazi barəsində çıxarılan hökm təsdiqləndi
15.03.2013 [11:48] - Güney Azərbaycan xəbərləri
Şərqi Azərbaycan əyalətinin apelyasiya məhkəməsi (dadqah-i təcdide nəzər), azərbaycanlı fəallar barəsində Təbriz inqilab məhkəməsinin 1-ci şöbəsinin çıxardığı hökmü təsdiqlədikdən sonra, milli-mədəni fəallar buna etiraz edilər.

Güney azərbaycan Milli Hərəkatından davam.az saytına daxil olan məlumata görə, Həsən Ərk və Əhməd Riyazi hökmün apelyasiya məhkəməsi tərəfindən təsdiqlənməsinə etiraz edib və bununla bağlı ölkənin Ali Məhkəməsinə etiraz ediblər. Lakin, Ali Məhkəmə apelyasi məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, hazırda həbsxanada bulunan azərbaycanlı fəallar 1 il qəti və 1 il isə asılı həbsə məhkum ediliblər. Onlar, Urmu Gölü böhranı ilə bağlı Təbrizin Qumtəpə məhəlləsində iftar mərasiminə toplaşıb və böhranın çıxış yollarını axtardılqlarına görə ölkə təhlükəsizliyini pozmağa cəhd göstərməkdə ittiham olunurlar.
Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed