15.03.2013 [13:56] - Xəbərlər, Gündəm
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpurla Azərbaycanın Milli Məclisinin deputatı, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Siyavuş Novruzov arasında xeyli müddətdir siysi polemika gedir.
Qarşılıqlı siyasi polemika artıq təhqir həddinə çatıb. Belə ki, Mənsur Həqiqətpur bu dəfə azərbaycanlı millət vəkili Siyavuş Novruzovu hədsiz dərəcədə aşağılayan fikirlər səsləndirib. Siyavuş Novruzov isə AzNews.az vasitəsilə Mənsur Həqiqətpura cavabını çatdırıb:
“Əziz qardaşım Mənsur Həqiqətpur, sizi qarşıdan gələn axır çərşənbə və Novruz Bayramı münasibətilə təbrik edirəm! Can sağlığı və uğurlar arzulayıram. İran İslam Respublikasına sülh və əmin-amanlıq arzulayıram. Cənubi Azərbaycana azadlıq və müstəqillik arzu edirəm. Əziz qardaşım, mənimlə Araz çayının sahilində görüşmək arzusunda olmusunuz. Mən sizinlə Azərbaycanı iki yerə bölən Araz çayının sahilində görüşə bilmərəm. Mən sizinlə ulu babalarımın yurdu olan Cənubi Azərbaycanın paytaxtı Təbriz şəhərində görüşəcəm.
İnşallah gələn Novruz Bayramına qədər, mən Cənubi Azərbaycanın Parlamentinin sədri olanda sizi orada görüşə dəvət edəcəm. Bütün Cənubi Azərbaycan ərazisində məktəblərin açılmasını təşkil edəcəm. Mənsur Həqiqətpuru da həmin məktəblərdə pulsuz, imtahansız Azərbaycan dilini, Azərbaycan əlifbasını öyrənməyə dəvət edəcəm”.

Bu xəbər oxucular tərəfindən 1050 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |