Şrift:
İranda repressiyalar prezident seçkisinin legitimliyinə zərbə vuracaq
15.03.2013 [14:20] - Güney Azərbaycan xəbərləri, Hüquq
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid martın 12-də jurnalistlərə açıqlamasında ölkədə repressiyaların vüsət almasından nigaran olduğunu bildirib.

Əhməd Şəhid deyib ki, İranda jurnalistlərlə hüquq müdafiəçilərinin kütləvi həbsi dünya ictimaiyyətinin ciddi narahatlığına səbəb olub: “İran hakimiyyətinin son vaxtlar jurnalistlərlə dinc müxaliflərə qarşı başlatdığı yeni repressiyalar dalğası qarşıdan gələn prezident seçkisinin legitimliyinə zərbə vuracaq. Hazırda İranda onlarla jurnalist həbsdə saxlanır. 20-yə qədər jurnalist də bu ilin yanvar ayında həbsə salınıb və onlara qarşı xarici media ilə əməkdaşlıq ittihamı irəli sürülüb.

İran hökuməti bilməlidir ki, jurnalistlərə qarşı belə ittihamların irəli sürülməsi iyun ayında prezident seçkisinin azad və ədalətli keçirilməsinə yardım etməyəcək. İran hökuməti həm də bilməlidir ki, prezident seçkisi yaxınlaşdığı bir vaxtda Mirhüseyn Musəvi və Mehdi Kərrubinin hələ də həbsdə saxlanması qəbuledilməzdir. Çünki onların həbsinin davam etməsi ciddi narahatlığa səbəb olur”.
Bu xəbər oxucular tərəfindən 1187 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed