Şrift:
Təbrizdə Yel Çərşənbəsi mərasimində 10 nəfərdən çox soydaşımız tutuqlanıb
15.03.2013 [14:52] - Güney Azərbaycan xəbərləri
Dünən axşam “Yel Çərşənbəsi” mərasimində iştirak edən bir neçə soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.
Təbrizin Rüşdiyyə məntəqəsində keçirilən mərasimdə iştirak edənlər, təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb və onlardan bir neçəsi hökumət qüvvələri tərəfindən döyülüblər. Təhlükəsizlik qüvvələri yığıncaqda iştirak edənləri qorxutdam üçün silah və rəngli güllələrdən istifadə edib və 10 nəfərdən çoxunu yaxalayıb.
Qeyd edək ki, molla rejimi etiraz mövqeyində olan əhalinin bir yerə toplaşmasını kütləvi aksiyalara dönüşə biləcəyini nəzərə alaraq, bütün yığıncaqlara sərt reaksiya verir.
Bu xəbər oxucular tərəfindən 848 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed