15.03.2013 [17:10] - Gündəm, Sağlıq
Yararsız dərmanlar ən çox Hindistandan gətirilir
“Bu gün Azərbaycanda rəsmi dövlət qeydiyyatı olmayan və yararsız hesab edilən dərman preparatları mövcuddur. Səhiyyə Nazirliyinin apardığı yoxlamalar nəticəsində də belə dərmanlar aşkar olunur”. Bunu Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib. Həmin dərmanların saxta olub-olmaması məsələsinə gəlincə, nazirlik rəsmisinin sözlərinə görə, onlar keyfiyyətli dərmanlar da ola bilər: “Amma onlar ölkəyə qeyri-qanuni yolla idxal olunduğundan, Səhiyyə Nazirliyinin icazəsi olmadan gətirildiyindən, müvafiq laborator analizdən keçmədiyinə görə onlar yararsız dərman hesab edilir və istifadəsinə qadağa qoyulur. Ötən il Azərbaycanda rəsmi dövlət qeydiyyatı olmayan 7900 qutu dərman preparatı yoxlamalar nəticəsində aşkar edilərək götürülüb”.
P.Əzizbəyov qeyd edib ki, yararsız dərmanlar dünyanın müxtəlif ölkələrindən idxal olunur. Onun sözlərinə görə, onlar Avropa, MDB ölkələrindən, daha çox isə Hindistandan gətirilir.

Bu xəbər oxucular tərəfindən 1039 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |