16.03.2013 [09:10] - Gündəm, Siyasət
“Bu yaxınlarda Rusiya prezidenti ilə Ermənistan prezidenti Serj Sərkisyanın görüşündə 2015-ci ildə Rusiyanın planı əsasında Avrasiya İttifaqı yaradılması irəli sürülüb. Bu, Rusiyanın əsas məqsədidir”. Bu fikirləri martın 15-də jurnalistlərə açıqlamasında Gürcüstanın Qafqaz üzrə eksperti Mamuka Areşidze bildirib. “Rusiyanın əsas planı 2015-ci ildə Avrasiya İttifaqı yaratmaqdır. Bu məqsədə nail olmaq üçün post sovet ölkələrindən bir neçəsi birləşməli və iki region - Orta Asiya və Cənubi Qafqaz regionu yaradılmalıdır. Bu plana görə yalnız Pribaltika kənarda qalacaq. Rusiya ilk mərhələdə öz tərəfdaşlarını maksimum şəkildə MDB-dən fərqli olaraq Avrasiya İttifaqının yaradılmasının situasiyadan ən yaxşı çıxış yolu olduğuna inandırmalıdır. Ən paradoksal odur ki, Rusiyanın ən böyük tərəfdaşı olan Ermənistan Rusiyanın dediyi təşkilatlara üzvlükdən çəkinir. Söhbət Avrasiya Gömrük İttifaqından gedir”.
M. Areşidzenin sözlərinə görə, Rusiya planını həyata keçirmək üçün Ermənistandan cavab gözləyir. Lakin hələ rəsmi İrəvandan cavab almayıb. Vladimir Putinlə S.Sərkisyanın görüşünün məqsədi də bu idi ki, Ermənistan Rusiyaya Avrasiya İttifaqı yaratmaq barədə cavab versin.
Areşidze qeyd edib ki, görüşdə qondarma Abxaziya rejiminin lideri Ankvabın iştirakı mütləq idi. Buna görə də Putin Abxaziya liderini də görüşə dəvət edib. “Cənubi Qafqazın sabahı ilə əlaqədar bir çox məsələlər Abxaziya ilə bağlıdır. Bu, Abxaziyadan keçən dəmiryolunun bərpası və Cənubi Qafqazla Şimali Qafqazı birləşdirən digər kommunikasiya məsələləridir”, deyə Areşidze bildirib.

Bu xəbər oxucular tərəfindən 803 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |