16.03.2013 [11:47] - Gündəm, Mədəniyyət
Əməkdar müəllim, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü, Avropa Azərbaycan Məktəbinin kafedra müdiri Nazim Nəsrəddinov “Media forum” saytına yazır ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı yeni arxiv materialları üzə çıxıb.
Nazim Nəsrəddinov Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindəki 290 nömrəli fondda saxlanan, Zaqafqaziya Şiə Ruhani İdarəsinə aid materiallara istinad edib yazır ki, indiyədək rəsmi sənədlərdə Məhəmməd Əmin Rəsulzadənin doğum tarixi düzgün göstərilməyib: “290 nömrəli fondda saxlanan, 1901-ci il martın 17-si rus dilində tərtib edilən 10 səhifəlik formulyar siyahıda Məhəmməd Əmin Rəsulzadənin atası, Bakı quberniyası Şiə Məclisinin Şura üzvü Axund Molla Hacı Rəsulzadə Ağa və onun ailəsi haqqında məlumat verilir. Sənəddə Məhəmməd Əminin 29 fevral 1884-cü ildə doğulduğu barədə də məlumat verilir. Maraqlıdır ki, Məhəmməd Əmin Rəsulzadənin təvəllüdü bütün mənbələrdə 31 yanvar 1884-cü il göstərilib. Aşkarlanan yeni sənədlə o, düz bir ay cavanlaşır”.

Bu xəbər oxucular tərəfindən 1032 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |