Şrift:
İran prezidentliyinə namizədlərin kimliyi müəyyənləşir
16.03.2013 [11:56] - Güney Azərbaycan xəbərləri
6 nəfər İran İslam Respublikasının prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir.
Namizədlər sırasında parlament sədrinin müavini Reza Bahünər, eləcə də Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Həsən Ruhani də var. O, cəmiyyətin həyatında önəmli rol oynaya bilmələri üçün ölkədə siyasi partiyaların gücləndirilməsinə ehtiyac olduğunu bildirib. Bu barədə İran mətbuatı məlumat yayıb.
İranın keçmiş xarici işlər naziri Mənuçehr Mottəki, keçmiş kəşfiyyat naziri Əli Fəllahiyan, Tehranın keçmiş meri və milli polisin keçmiş rəhbəri Məhəmməd Qalibaf da prezidentliyə namizədliyini irəli sürüb.
İranın Daxili İşlər Nazirliyindən bildirilib ki, namizədlərin qeydiyyata alınması prosesi mayın 6-da başlayacaq.
İranda prezident seçkiləri cari ilin iyunun 14-də keçiriləcək. Hazırki prezident Mahmud Əhmədinejad artıq iki dəfə prezident seçilib və konstitusiyaya əsasən 3-cü dəfə namizədliyini irəli sürə bilməz.
Bu xəbər oxucular tərəfindən 914 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed