Şrift:
Kolumbiyada FARC terror təşkilatının lideri Alfonso Kano öldürülüb
05.11.2011 [10:44] - Gündəm
Kolumbiya xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı “Kolumbiya İnqilabçı Silahlı Qüvvələri” (FARC) terror təşkilatının lideri Alfonso Kano öldürülüb.
Müdafiə Nazirliyi FARC liderinin döyüşdə öldürüldüyünü açıqlayıb. Qeyd edək ki, 63 yaşlı Alfonso Kano 2008-ci ildən FARC-a rəhbərlik edir. Terror təşkilatı 2002-ci ildən bu yana bir neçə mühüm rəhbərini itirib. Kolumbiya hakimiyyəti 2002-ci ildən ABŞ-ın dəstəyi ilə adı çəkilən terror təşkilatına qarşı aktiv mübarizə aparır. Müxtəlif hesablamalara görə adı ABŞ Dövlət Departamentinin terrorçu təşkilatlar siyahısına daxil edilmiş FARC-ın 7 minə yaxın üzvü var. FARC 1964-cü ildən Kolumbiya hökumətinə müharibə elan edib.
Bu xəbər oxucular tərəfindən 992 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed