16.03.2013 [16:02] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı milli-mədəni fəal Davud Əzimzadə 60 gün müvəqqəti saxlanıldıqdan sonra keçici azadlığa buraxılıb.
Əzimzadə martın 14-də 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Məlumata görə, azərbaycanlı fəal saxlanıldığı müddətdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən ağır işgəncələrə məruz qalıb və bununla bağlı ETTELAAT məmurları əleyhinə şikayət edib.
Hazırda azərbaycanlı fəalın şikayəti, Marağanın inqilab və ümumi istintaq idarəsinin 1-ci şöbəsində araşdırılır.
Qeyd edək ki, adını çəkdiyimiz milli-mədəni fəal yanvarın 13-də Marağa şəhərində İranla Ermənistanın əlaqələrinə qarşı keçirilən kütləvi etirazlarda daha bir neçə fəalla birlikdə tutuqlanıb.

Bu xəbər oxucular tərəfindən 623 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |