Şrift:
FHN-nin son məlumatı.
18.03.2013 [09:42] - Gündəm, Hadisə
Gəncədə uşaqlar kilidli qapı arxasında köməksiz qalıblar

Gəncədə 2 uşaq bağlı qapı arxasında köməksiz qalıb.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, martın 18-də gecə "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonunda 2 azyaşlı uşağın giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qaldıqları barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə eyvandan mənzilə daxil olublar.
Mənzildə nəzarətsiz qalmış uşaqlar yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 01:40-da başa çatıb.
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed