18.03.2013 [12:09] - Gündəm, Bildiriş
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, arabir yağıntılı keçəcəyi, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7, gündüz 9-14, bəzi yerlərdə 16 dərəcəyədək isti olacaq.
Martın 19-da respublikanın bölgələrində də hava şəraitin arabir yağıntılı olacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.
Martın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
G.Məmmədova qeyd edib ki, martın 20-də də ölkə ərazisində hava şəraitinin nisbətən sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu xəbər oxucular tərəfindən 974 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |