Şrift:
Təbrizdə həbsdə olan tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb
18.03.2013 [12:19] - Güney Azərbaycan xəbərləri
Güney azərbaycanlı fəal, din xadimi girov müqavilində azadlığa buraxılıb. höccətülislam Əbdüləziz Əzimi Qədim martın 14-də Təbriz həbsxanasından zəmanətlə sərbəst buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal 2012-ci il dekabrın 27-də Marağa şəhərində İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrinə etiraz olaraq keçirilmiş aksiyada həbs edilib. Ə. Qədim bir müddət İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsində saxlanılıb. Azərbaycanlı fəal daha sonra, yəni bu il fevralın 10-da Təbriz həbsxanasına köçürülüb. Ə. Qədim əvvəllər də həbs edilib, “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) azərbaycanlı fəalla bağlı 2005-2006-cı illərdə üç ayrı bəyanat verib.
Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed