Şrift:
İran paytaxtını köçürür
18.03.2013 [14:29] - Güney Azərbaycan xəbərləri
İran inzibati paytaxtını Tehrandan Pərəndə köçürür.

Bu barədə ISNA agentliyi məlumat verib. Pərənd şəhəri Tehrandan 35 km cənub-qərbdə yerləşir.Layihəyə əsasən, Pərəndə bir sıra nazirliklər köçürüləçək.

Tehran əyalətinin qubernatoru Murtuza Təməddünün sözlərinə görə, nazirliklərin yerləşdirilməsi üçün artıq 400 akr ərazi ayrılıb. Bundan başqa, əgər həmin nazirliklər əlavə binalar istəsələr, tikdirə bilərlər. O, həmçinin məlumat verib ki, artıq Pərənddə metro, hava limanı və avtomagistrallar var.

"Nazirliklər Pərəndə mümkün qədər tez köçürüləcək", - Təməddün bildirib.
Bu xəbər oxucular tərəfindən 1331 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed