Şrift:
Suraxanı rayonunda su anbarında ölüm hadisəsi.
19.03.2013 [00:52] - Xəbərlər, Hadisə
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 2009-cu il təvəllüdlü Əli Cabir oğlu Nəzərov yaşayış binasının yaxınlığındakı su anbarına düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur.

Su pompalar vasitəsilə çəkildikdən sonra Ə.Nəzərovun cəsədi aşkar edilərək götürülmüş və aidiyyəti üzrə təhvil verilmişdir.
Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed