Şrift:
İranda nüvə alimlərinin terrorunda günahlandırılanların məhkəməsi başlayır
19.03.2013 [11:26] - Güney Azərbaycan xəbərləri
Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi martın 17-də jurnalistlərə açıqlamasında İranın nüvə alimlərinin terrorunda günahlandırılan 18 nəfərin yaxın vaxtlarda mühakimə olunacağını bildirib.
Abbas Cəfəri Dövlətabadi deyib ki, müttəhimlər həm də ABŞ və İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılır: “Mən həmin müttəhimlərin adlarını hələlik çəkə bilməyəcəyəm. Lakin bilin ki, mühakimə olunacaq şəxslərin sayı bundan da artıq olacaq. Nüvə alimlərimizin terrorunda günahlandırılan həmin şəxslərə cinayət işi açılıb və yaxın aylarda onlar məhkəmə qarşısında durmalı olacaqlar. Bu şəxslərin tutulması ilə düşmənlərin ölkəyə qarşı fitnə və intriqası artıq puça çıxarılıb və onlar zərərsizləşdirilib.

Son üç ildə İranın 4 nüvə alimi – Məsud Əliməhəmmədi, Məcid Şəhriyari, Daryuş Rzayinejad və Mustafa Əhmədi Rövşən terror aktında qətlə yetirilib. Terrora məruz qoyulan İran Atom Enerjisi Təşkilatının indiki rəisi Firudin Abbasi Dəvani isə yaralanıb.
Bu xəbər oxucular tərəfindən 828 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed