Şrift:
Bakıda çirklənmiş torpaqların təmizlənməsi və bərpası zavodu açılıb
05.11.2011 [11:29] - Gündəm
Bu gün Bakının Buzovna qəsəbəsində çirklənmiş torpaqların təmizlənməsi və bərpası məqsədilə inşa edilmiş zavodun açılış mərasimi keçirilib.

Zavodun açılış mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər nümayəndələri iştirak edib.

Sözügedən zavod ARDNŞ-ın birgə müəssisəsi olan «SOCAR-Baghlan» QSC tərəfindən inşa olunub. Neft və neft tullantıları ilə çirklənmiş torpaqların təmizlənməsi və bərpası məqsədilə tikilmiş zavod «SOCAR-Baghlan» tərəfindən H.Z.Tağıyev adına NQÇİ-nin “Buzovna-Maştağa” yatağının ərazisində gündəlik emal gücü 540 kubmetr olan neftli şlamın və lay sularının təmizlənməsi üçün nəzərdə tutulub. Bu ərazidə sahəsi 65 hektar olan neftlə çirklənmiş torpaqların 4,5 il ərzində təmizlənməsi planlaşdırılır.

ARDNŞ prezidenti istehsal prosesinin başlanmasını bildirən düyməni basaraq zavodu işə salıb.

Qeyd edək ki, «SOCAR-Baghlan» şirkəti ARDNŞ (51%) və BƏƏ-nin «Baghlan Oil Recovery» şirkəti (49%) tərəfindən 2009-cu ilin noyabr ayında təsis edilib. «SOCAR-Baghlan» neftlə çirklənmiş torpaq və suların təmizlənməsi nəticəsində əldə olunan xam neft və neft məhsullarının bazara çatdırılması, qabaqcıl istehsal texnologiyaları tətbiq etməklə çənlərdə, anbarlarda və boru kəmərlərində təmizləmə işlərinin, bioloji təmizləmə və kimyəvi analiz işlərinin aparılmasını həyata keçirir.
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed