Şrift:
Bahar Azərbaycana saat 15:02-də gələcək
19.03.2013 [14:27] - Xəbərlər, Gündəm
Bu gün Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək

Bahar Azərbaycana martın 20-si Bakı vaxtı ilə qədəm qoyacaq. AMEA-dan verilən məlumata görə, 2013-cü ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 15:02 radələrində baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin verdiyi məlumata görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək.
Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.
Bu xəbər oxucular tərəfindən 1139 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed