20.03.2013 [10:45] - Gündəm, Türk dünyası-Turan
“İkinci dəfə Azərbaycan torpağında qondarma erməni dövləti yaradıla bilməz”
«Ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, öz həllini tapmır. Bunun əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir və vasitəçilərin bu məsələyə bir növ biganə münasibətidir. Baxmayaraq ki, kifayət qədər güclü bəyanatlar səslənib”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı ilə bağlı Bakıda keçirilmiş şənlikdə söyləyib.
Dövlət başçısı Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının status–kvonun qəbuledilməzliyi və dəyişdirilməsi barədə məlum bəyanatını xatırladıb: “Ancaq əslində heç bir addım atılmır. Ermənistan, əlbəttə, maraqlıdır ki, bu vəziyyəti - nə hərb, nə sülh vəziyyətini nə qədər mümkündür saxlasın. Ancaq bu bizi qane edə bilməz. Azərbaycan bütün imkanlardan istifadə edir və edəcək ki, danışıqlar prosesində tərəqqi, inkişaf olsun və məsələ tezliklə həll edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Ancaq əlbəttə ki, bu məsələnin həlli istiqamətində atılan bütün addımlar beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Bundan kənarda heç bir addım atıla bilməz”.
Prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq hüquq normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri diktə edir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir. “Biz bütün imkanlardan istifadə edərək ordu quruculuğu prosesində, diplomatik sahədə atılan addımlar, iqtisadi məsələlər və digər regional təşəbbüslər sayəsində mövqeyimizi gücləndiririk”, deyə prezident qeyd edib.
“Azərbaycan ildən-ilə güclənir, Ermənistan isə ildən-ilə zəifləyir. Ermənistandan, onların statistik göstəricilərinə görə ildə ən azı 100 min adam gedir, ölkəni tərk edir. Əlbəttə, əgər biz bu məsələyə tarixi cəhətdən yanaşsaq, heç kimdə şübhə olmaz ki, bu məsələ ədalətli həllini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Çünki inkişaf onu göstərir ki, bu məsələnin başqa həlli ola bilməz. Heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Heç vaxt Azərbaycan öz torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Erməni dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığı, Zəngəzur, Göyçə - bütün bunlar bizim tarixi torpaqlarımızdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən İrəvanı Ermənistana bağışlamaq da heç kimin yadından çıxmayıb. Yəni, bu tarixi həqiqətdir”, deyə dövlət başçısı qeyd edib.
Prezident qeyd edib ki, ikinci dəfə Azərbaycan torpağında qondarma erməni dövləti yaradıla bilməz: “Bu, heç vaxt olmayacaq. Ancaq biz çalışırıq və çalışmalıyıq ki, tezliklə məsələni həll edək. Məsələnin bizim xeyrimizə həll edilməsinə mənim heç bir şübhəm yoxdur. Sadəcə olaraq, nə vaxt və hansı yollarla?! Hələ ki, biz diplomatik yollara üstünlük veririk. Bununla bərabər, öz gücümüzü artırırıq. Ermənistanı bütün regional proqramlardan kənarda saxlayarıq. Onları bütün layihələrdən təcrid etmişik. Bu siyasət bundan sonra da davam etdiriləcək. Azərbaycanla rəqabət aparmaq üçün onların nə imkanı, nə insan resursları, nə iradəsi, nə də gücü var. Azərbaycan bu gün güclü dövlətdir. Həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən, bütün cəhətlərdən. Azərbaycan öz gücünü göstərir və göstərəcək”, deyə prezident İlham Əliyev qeyd edib.

Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |