21.03.2013 [09:18] - Xəbərlər, Türk dünyası-Turan
Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyevi qəbul edib. Bu barədə Türkmənistan televiziyası cümə axşamı məlumat verib.
Əfəndiyev Aşqabada rəhbərlik etdiyi nümayəndə heyəti ilə martın 21-də Türkmənistanın paytaxtında qeyd edilən beynəlxalq Novruz bayramı münasibəti ilə tədbirlərdə iştirak üçün gəlib.
Müntəzəm əsasda keçirilən konsultasiyalar, Türkmənistanın və Azərbaycanın arasında keçirilən işgüzar görüşlər "əmtəə dövriyyəsinin artmasına və yeni birgə layihələrin müzakirəsinə birbaşa imkan yaradır", reportajda deyilir.
Tərəflər əvvəlcədən eynihüquqluq, hörmət və qarşılıqlı xeyir üzərində qurulmuş ənənəvi əməkdaşlığın daha da məhsuldar olması üçün iki tərəfin cəhdləri haqqında danışıblar.
İqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın yaradılması tərəflərin atdığı addımları sübuta yetirir.
Həmsöhbətlər həmçinin daha əvvəl nail olunmuş ikitərəfli razılıqların reallaşdırmasının gedişatını müzakirə ediblər, dövlətlərarası əməkdaşlığın bəzi məsələləri üzrə fikirlərlə mübadiləsi aparıblar.
"Türkmən xalqı həmişə öz ən yaxın qonşularıyla münasibətləri qiymətləndirib, hansılarla ki, əməkdaşlığın pozitiv xarakteri bir çox məsələdə bu gün regionda əlverişli siyasi-iqtisadi iqlimi müəyyən edir", - Berdiməhəmmədov bildirib.
İki xəzəryanı ölkə Avropaya Xəzər regionunun enerjidaşıyıcısılarının nəqli üzrə alternativ marşrutlardan istifadədə maraqlıdır. Ən vacib layilərdən biri Türkmənistadan Azərbaycana gedən Trans-Xəzər qaz kəməri layihəsi hesab olunur, hansı ki irimiqyaslı TANAP və Nabucco kimi layihələrin bir hissəsinə dönə bilər.
Hal-hazırda Azərbaycan vasitəsilə türkmən nefti fəal nəql olunur.

Bu xəbər oxucular tərəfindən 1061 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |