Şrift:
Qurban bayramı ilə bağlı dövlətin Bakıda təşkil etdiyi ucuz qoyunların satış mərkəzləri (SİYAHI)
05.11.2011 [11:53] - Gündəm
Qurban bayramının yaxınlaşması ilə əlaqədar əhalinin qurbanlıq qoyunlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz diri qoyunların satışını təşkil edir.
Qurbanlıq qoyunların satışı noyabr 5-7-də aşağıdakı ünvanlarda təşkil olunur.

Sabunçu rayonu


- Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, dəmir yolu stansiyasının yanı
- Zabrat-Kürdəxanı yolu, Zabrat dairəsi

Nərimanov rayonu

- Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı

Xətai rayonu


- Nobel prospekti, "Nargilə" kafesinin yanı
- Gəncə prospekti, "Fərid" şadlıq evinin qarşısı

Suraxanı rayonu


- Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı
- Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, "Bakı Toxuculuq" ASC-nin yanı
- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, "Neftçi" stadionunun yanı
- Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı yaşayış evinin yanı
- Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı

Səbail rayonu

- Bibiheybət yolu, "Azpetrol" yanacaq doldurma məntəqəsinin yanı
- 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasındakı boş sahə

Yasamal rayonu

- Şərifzadə küçəsi, 196, "İdeal" şadlıq sarayının həyəti

Binəqədi rayonu

- 8-ci mkr, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsində
- Rəsulzadə qəsəbəsi, Binəqədi şosesinin sağ tərəfi, "Baksol" yolu ilə kəsişmənin yanı
- Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, 3, Binəqədi RİH-nin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin qarşısı
- Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 63, ev 10A, Binəqədi bələdiyyəsinin yanı

Nizami rayonu


- R.Rüstəmov küçəsi ilə M.Əliyev küçəsinin kəsişməsi, "Ay işığı" restoranının yanı

Xəzər rayonu

- Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 6, Sovxoz yolu
- Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, Qala dəmir yolu stansiyasının yanı
- Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, Mərdəkan qəsəbəsinin girişi, "Bank of Baku"nun qarşısı

Qaradağ rayonu


- Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı
- Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı
Bu xəbər oxucular tərəfindən 1837 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed