Şrift:
Masazır qəsəbəsindəki sürüşmə zonasında aktivlik artıb, yaşayış binaları təhlükə altındadır
25.03.2013 [18:59] - Xəbərlər, Hadisə
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki sürüşmə zonasında aktivlik müşahidə edilir. Bu barədə Ekologuya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.

Əmiraslanov bildirib ki, son bir həftədə müşahidə edilən aktivliyə görə bir yaşayış binasının bünövrəsinin altı 80 sm-ə qədər gedib.

Onun sözlərinə görə, sürüşməyə səbəb çirkab sularının axıdılmasıdır.

"Masazırda sürüşmə zonası həmişə mövcud olub. Orada kanalizasiya sistemi olmadığından və yaxud varsa belə yaxşı işləmədiyindən, yamac boyu çirkab suları axıdılır. Bununla bağlı nazirlik akt hazırlayaraq müvafiq qurumlara təqdim edib", deyə Əmiraslanov bildirib.

Onun sözlərinə görə, sürüşmə zonasında aktivlik davam edir.
Bu xəbər oxucular tərəfindən 1271 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed