Şrift:
Həbsdə olan Güney Azərbaycanlı fəal İrəc Məhəmmədinin Sağlamlıq durumu ağırlaşıb
27.03.2013 [11:29] - Güney Azərbaycan xəbərləri
Zahidan zindanının təknəfərlik kamerasında həbs edilən azərbaycanlı milli-mədəni fəal İrəc Məhəmmədinin sağlamlıq durumu saxladığı aclıq aksiyanın nəticəsində ağırlaşıb.


Məlumata görə, Novruz bayramı günü zindan məmurları Məhəmmədinin saxlanıldığı kameraya hücum edib, ona məxsus əşyaları sındırıb və məhbusu zindanın karantin bölümünə aparıblar. Azərbaycanlı fəal isə bu zorakılıq və qanunsuzluğa etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb və hələdə davam etdirir.


Xatırladaq ki, adını çəkdiyimiz Qoşaçaylı milli-mədəni fəal illər öncə qondarma ittihamlarla Xana (Piranşəhr) şəhərində islam inqilabı keşikçilər korpusunun (SEPAH) məmurları tərəfindən tutuqlanıb və bir gün sonra Qərbi Azərbaycanın hərbi istintaq idarəsində ona qarşı ittihamlar elan olunub.
Bu xəbər oxucular tərəfindən 941 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed