Şrift:
Amerikada azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul olunub
27.03.2013 [12:24] - Gündəm, Diaspor
Qərarda 1918-ci ilin martında 20 min məsum azərbaycanalının qətli ilə nəticələnən hadisə insanlıq tarixinin ən çox qınanılmalı vəhşiliklərindən biri kimi təqdim edilib.


ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Nyu-Cersi Ştat Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımının 95 illiyi ilə bağlı qətnamə qəbul edib. Türkiyə mətbuatının verdiyi məlumata görə, 31 mart tarixi “Azərbaycan Anım Günü” elan edilib.


Qərar Türk və azərbaycanlıların "Pax Turcica" kanalı vasitəsi ilə başladılan kampaniya nəticəsində qəbul edilib. Nyu-Cersi Ştat Assambleyasının sədri tərəfindən imzalanıb. Bu barədə qərar Assambleyanın üzvü, Demokratlar Partiyasının nümayəndəsi Tomas Qiblin Amerika Azərbaycan Cəmiyyətinin (ASA) sədri Tomris Azəriyə şəxsən təqdim edib.


Qərarda 1918-ci ilin martında 20 min məsum azərbaycanalının qətli ilə nəticələnən hadisə insanlıq tarixinin ən çox qınanılmalı vəhşiliklərindən biri kimi təqdim edilib.


Xatırladaq ki, Nyu York senatı da 2012-ci ilin mart ayında azərbaycanlıların soyqırımını tanıyan və 31 Martı "Azərbaycanlıları anma günü" elan edərək ilkə imza atmışdı.
Bu xəbər oxucular tərəfindən 983 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed