27.03.2013 [12:55] - Güney Azərbaycan xəbərləri
ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi)Güney azərbaycanlı fəallara qarşı təzyiqləri durmadan davam edir.
Məlumata görə, yenicə müvəqqəti azadlığa buraxılan milli-mədəni fəal Bəhmən Xaliqinin Binab şəhərində yerləşən kitab mağazasının lisenziyası ləğv edilib. ETTELAAT məmurları heç bir qanuni səbəb olmadan azərbaycanlı fəalın gəlir mənbəsinə əl qoyublar.
Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Bəhmən Xaliqi bir müddət öncə Marağada, İranla Ermənistanın əlaqələrinə etiraz əlaməti olaraq keçirilən kütləvi etirazlarla bağlı Hüccətul-İslam Əzimi Qədimlə birlikdə tutuqlanıb və Təbrizin ETTELAAT idarəsinə intiqal edilmişdir. O, ETTELAAT-ın təcridxanasında işgəncələr altında sorğu-suala tutulduqdan sonra Marağa zindanına köçürülmüşdür.
Azərbaycanlı fəal hazırda mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Bu xəbər oxucular tərəfindən 876 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |