05.11.2011 [15:12] - Gündəm
Bakı 2020-ci il Olimpiya oyunları üçün yüksək səviyyəli fəaliyyət planını müəyyən edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Lozanna şəhərində noyabr 4-də "2020-ci il Olimpiya oyunlarına namizəd şəhərlər" başlığı altında keçirilən iclasda Azərbaycan dünyanın 3 mötəbər şirkəti-pmplegacy (20 ildən artıqdır ki, olimpiya hərəkatında menecment üzrə beynəlxalq konsultasiya şirkəti kimi fəaliyyət göstərir), "Burson- Marsteller" və "Adore Creative" ilə əlaqələr qurmaqla 2020-ci ildə Olimpiya oyunlarına ev sahibliyi etmək istiqamətində böyük addımlar atıb.
Məlumata görə, Chime Kommunikasiya ASC-nin Chime İdman Marketinqi bolümünün hissəsi olan "pmp" namizəd şəhərin strateji və texniki işlərini aparacaq, brend bölgüsü, izahat və mesajın ötürülməsinə məsuliyyət daşıyacaq; namizəd şəhərin və sənədlərin inkişafı və 2020-Bakı namizəd şəhərin Olimpiya Hərəkatında əlaqələrinin qurulması və təqdimatlarını edəcək.
Dünyanın 6 kontinentinin 110 ölkəsi ilə əlaqələr qurub, ictimaiyyətlə əlaqələr (PR) sektorunda dünya şöhrəti qazanmış Burson-Marsteller şirkəti, namizəd şəhər olan Bakının mətbuatla əlaqələri, kommunikasiya strategiyasının təşkilinə cavabdeh olacaq.
2014-cü il Soçi Qış Olimpia oyunları, 2018-ci ildə Rusiyada təşkil olunacaq Dünya Kuboku üçün reklam və yaradıcılıq sahəsində təbliğat işləri ilə öz töhvəsini vermiş "Adore Creative" şirkəti, filmlərin çəkilişi, yeni media və reklam kampaniyasının aparılması ilə məşğul olacaq.
Baş nazirin birinci müavini, " Bakı 2020" Təşkilat komitəsinin sədri Yaqub Eyyubov deyib:
"Biz bu cür yüksək səviyyəli şirkətlərlə əlaqələrin qurulmasından məmnunluğumuzu bildiririk. Şirkətlər çalışdıqları sahələrdə aparıcı rol oynayırlar. Əminəm ki, bu 3 şirkət öz işlərini çox yüksək səviyyədə həyata keçirəcəklər, belə ki, biz 2020-ci il üçün namizəd şəhər olaraq, 2012-ci il may ayında keçiriləcək seçimdə qalibiyyət uğrunda iddialıyıq".
Gənclər və İdman naziri Azad Rəhimov isə deyib:
"Biz Beynəlxalq Olimpiya Komitəsinə Bakı şəhərinin sözün əsl mənasında 2020-ci ildə Olimpiya oyunlarına ev sahibliyi etməsi istiqamətində ən doğrü şəhər olduğunu sübut etmək üçün, 2016-cı il üçün başladığımız namizəd şəhər kampaniyamızı yüksək səviyyədə davam etdiririk. Təbii sərvətlərimizə və coğrafi mövqeyimizə minnətdar olaraq bu gün ölkəmiz iqtisadi sahədə dünyada ən sürətli inkişaf edən ölkələrindən biridir. Ölkəmiz mötəbər idman tədbirlərinə ev sahibiyi edir. Biz beynəlxalq olimpiya komitəsi, bütün olimpiya ailəsi və regiona ev sahibliyinə layiq olduğumuzu nümayiş edəcəyik."
PMPlegacy-nin rəhbəri Peter Mann isə məsələyə münasibətini belə bildirib:
"Bakı 2020-ci il üçün mübarizədə güclü namizəd kimi önə çıxır. Bakı hal hazırda ən proqressiv, möhtəşəm şəhərlərdən biridir ki, bu da onun regionda ən böyük uğurunun açarıdır. İdman, sosial sahədə çox böyük ambisiyaları və məqsədləri olan ölkə ilə işləməyimiz bizim üçün çox xoşdur. Bakı namizədliyi boyunca olimpiya dəyərlərinin mükəmməlliyində, hörmət və dostluq münasibətlərinin qurulması istiqamətinə tam uyğun olan bir şəhərdir".

Bu xəbər oxucular tərəfindən 1018 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |