Şrift:
Bərdə şəhərindən 15 km şimalda zəlzələ baş verib
28.03.2013 [09:42] - Xəbərlər, Hadisə
Bərdə şəhərindən 15 km şimalda zəlzələ baş verib. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Məlumatda deyilir ki, 28 mart 2013-cü il tarixində saat 02:14-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 28 mart 2013-cü il tarixində Bakı vaxtı ilə saat 01:25-də Bərdə şəhərindən 15 km şimalda zəlzələ qeydə alınıb.
Yeraltı təkanların gücü episentrdə 3 bal olub.
Yeraltı təkanlar Bərdə şəhərində hiss olunub.
İlkin məlumata əsasən dağıntı və insan tələfatı olmayıb.
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed