Şrift:
Təbrizdə şəhər avtobuslarının gediş haqqı 50 faiz artdı
28.03.2013 [11:19] - Güney Azərbaycan xəbərləri
İran və Güney Azərbaycanın bütün bölgələrini bahalıq bürüməkdədir. Təbrizdə şəhər avtobuslarının gediş haqqı 50 faiz artıb.
Son məlumata görə, Artıq Təbrizin nəqliyyat şirkəti şəhər içi və bölgə avtobuslarının gediş haqqı qiymətini elan edib.
Şirkətin elanına görə, adi şəhər avtobus xətti üçün gediş haqqı 2000 rial, xüsusi bölmə avtobus xəttinin gediş haqqı isə 2500 rial qərarlaşdırılıb. Şəhər ətrafı avtobusların da gediş haqqı 50 faiz bahalaşıb və hətta bəzi məntəqələrdə 3500 riala çatıb.
Bu xəbər oxucular tərəfindən 893 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed