28.03.2013 [11:49] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Tikantəpə (Tikab) şəhərində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) qüvvələri və Əmakin idarəsinin azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri yeni vüsət alıb.
ETTELAAT idarəsinə yeni rəisin təyin edilməsi bu təzyiqləri daha da artırıb.
Son bir ay müddətində aşağıda adlarını çəkdiyimiz azərbaycanlı fəallar Tikantəpə şəhərinin ETTELAAT idarəsinə çağırılıb, sorğu-suala tutulub və bəziləridə saxlanılıblar:
Vəhid sədri, Yasir Sədri, Hadi Lütfi, Əli Hidayəti, Vəhid Həzrəti, Yədullah Dəşti (Elman), Rəzzaq Qədiri, Milad Məleki, Ramin Rzayi, Əli Ocaği və Beytullah Rzayi.
Son bir ayda ETTELAAT məmurları Yədullah Dəşti, Əli Hidayəti və Ramin Rzayinin evlərinə hücum edib, onların ailə üzvləri ilə mübahisə edib və evdə axtarış aparıblar. Axtarış nəticəsində azərbaycanlı fəallara məxsus bir sıra kitab, kompüter və mobil telefonları zəbt olunub. Bununla yanaşı azərbaycanlı fəallarla bağlı dosye təşkil olunub və Tikantəpə məhkəməsinə göndərilib. Adını çəkdiyimiz fəalların 3-ü də Qoşaçayın zindanına intiqal edilib və 3 gün saxlanıldıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.
Həmçinin son bir ayda Tikantəpə şəhərində “Yakamoz” bərbər salonu (arayişqah) türk dilində reklam braşurası çap etdiyinə görə 3 gün müddətinə möhürlənib.

Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |