28.03.2013 [13:37] - Gündəm, Siyasət
Fransanın Xarici İşlər Nazirliyi (XİN) Parisdə Fransa Milli Assambleyasının binasında iki azərbaycanlının döyülməsindən təəssüfləndiyini və baş vermiş zorakılıq aktını pislədiyini bildirib.
Fransanın Azərbaycandakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu barədə Fransa XİN-in sözçüsü bəyanat verib.
Bəyanatda bildirilib ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinin yalnız dialoq vasitəsilə mümkün olduğuna əmindir.
Bəyanatda daha sonra əlavə edilib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri qismində Azərbaycanla Ermənistan arasında dialoqun olması üçün öz öhdəliyini bir daha təsdiq edir.
Qeyd edək ki, fevral ayının 26-da Parisdə Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı Vüsal Hüseynоv Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diaspоrunun üzvləri tərəfindən vəhşicəsinə döyülüblər.
Fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürоsunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə "Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər" adlı tədbirdə Azərbaycan diaspоru nümayəndələri də iştirak edərək bu gün Хоcalı sоyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar.

Bu xəbər oxucular tərəfindən 775 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |