Şrift:
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 1,3% artıb
28.03.2013 [13:52] - İqtisadiyyat
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın fiziki və hüquqi şəxsləri 113 ölkə ilə 5 616 970,13 min ABŞ dolları həcmində xarici ticarət əməliyyatı aparıblar.


Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ilin ilk iki ayı ilə müqayisədə bu il Azərbaycanın ticarət dövriyyəsi 4,37% artıb. Yanvar-fevral aylarında xarici ölkələrdən Azərbaycana 3 955 adda 1 433 131,49 min dollarlıq mal idxal edilib, ölkədən xaricə 769 adda 4 183 838,64 min dollarlıq mal ixrac edilib.



Keçən ilin yanvar-fevral aylarına nisbətən idxal 7,52%, ixrac 3,33% artıb. Ölkənin ticarət dövriyyəsində müsbət saldo 2 750 707,15 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-fevral aylarına nisbətən 1,3% artıqdır.



Yanvar-fevral aylarında Azərbaycanda xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərin sayı 2 703 təşkil edib. Xarici ticarətlə məşğul olanların 689-u fiziki, 2 014-ü hüquqi şəxsdir. Hüquqi şəxslərin 93%-i özəl sektoru təmsil edir. Ötən ilə nisbətən xarici ticarət iştirakçılarının sayı 14,6%, bunlardan fiziki şəxslərin sayı 42% azalıb, hüquqi şəxslərin sayı 2% artıb.
Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed