29.03.2013 [11:23] - Gündəm, Sosial
DAVAM.AZ Regional TV-yə istinadən xəbər verir ki, Azərbaycanın şimal bölgəsində yeni aeroportun tikintisi üçün araşdırma işlərinə başlanılıb. Bu barədə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov bildirib. Onun sözlərinə görə, hava limanı şimal bölgəsi üçün həm turizm, həm də xarici sərmayələrin yatırılması baxımından mühüm əhəmiyyət daşıyacaq.
İcra başçısının müavini bildirib ki, hələlik aeroportun Quba ərazisində inşa olunacağı dəqiqləşməyib və bununla bağlı araşdırmalar qonşu Xaçmaz, Siyəzən və Şabranda da aparılır. Qubada isə yeni hava limanı Qubanın Dəlləkkənd, Ağbil və Vladimirovka kəndlərini əhatə edəcək ərazilərdə inşa edilə bilər. Y.Abidov bildirib ki, hava limanının tikintisi üçün təqribən 500-600 hektar ərazi tələb olunur.
«Bu ərazi çay kənarında yerləşməlidir ki, tikinti işlərində buradakı tikinti materiallarından da istifadə oluna bilsin, eyni zamanda bağlara zərər vurulmasın. Quba Rayon İcra Hakimiyyəti hava limanının tikintisi baxımından məqbul sayılan əraziləri Bakıdan gələn mütəxəssislərə təqdim edib. Bu mənada Qubada hava limanının tikintisi üçün Qudyalçayın sahili daha məqbuldur. Həmin ərazilərdə torpaq nümunələri alınaraq ekspertizaya göndərilib. Bir neçə gündür ki, Qubaya səfərə gələn mütəxəssislər artıq Qubanın bir neçə kəndini əhatə edən böyük bir ərazidə baxış keçirirlər və özüllər qazılır».
Leyla. DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 1538 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |