Şrift:
Novruz bayramı tətillərində İrandan Ermənistana turist axını 43% azalıb
29.03.2013 [14:20] - Güney Azərbaycan xəbərləri
İrandan Ermənistana turist axını 43% azalıb. “Arannews”in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayətinin Nəqliyyat və Terminallar İdarəsinin müdir müavini Əyyub Nəcəfi bildirib.



Onun sözlərinə görə, Novruz Bayramı tətili (15-24 mart) zamanı İranın Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana 7151 nəfər keçib: “Bu rəqəm isə ötən ilin eyni dövrü ilə müqayisədə 43% azdır”.



Ə.Nəcəfi həmçinin deyib ki, 15-24 mart tarixləri arasında İran və Azərbaycan arasındakı Culfa sərhəd-keçid məntəqəsindən 34 723 nəfər keçib: “Onlardan yalnız 1310 nəfəri İran vətəndaşıdır”.
Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed