29.03.2013 [16:09] - Gündəm, Bildiriş
DAVAM.Az bildirir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 31-də saat 4.00-da Azərbaycan Respublikası ərazisində əqrəblər 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcəkdir.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart Qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabrın son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Bu xəbər oxucular tərəfindən 978 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |