30.03.2013 [12:45] - Gündəm, Sosial
Bu il ərzində Azərbaycanda rabitə və internet xidmətlərinin tarifləri həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılacaq.
Bu barədə Azərbaycanda 2013-cü ilin «İKT ili» elan edilməsi ilə bağlı dövlət başçısı İlham Əliyevin təsdiq etdiyi Tədbirlər Planında qeyd olunub.
Tədbirlər Planına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Tarif Şurasına il ərzində ölkədə rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması üzrə tədbirlərin görülməsi tapşırılıb.
Bundan başqa, Tədbirlər Planında il ərzində ölkədə İKT-nin inkişafı üzrə strategiyanın hazırlanması, «.az» domenindən istifadənin genişləndirilməsi, qeydiyyat prosesinin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi, elektron səhiyyə, elektron təhsil, elektron satınalma, elektron turizm, elektron notariat, elektron mədəniyyət, elektron arxiv, elektron məhkəmə, elektron ticarət, elektron ödəmə həllərinin tətbiqinin genişləndirilməsi, «Elektron hökumət»in formalaşdırılması üzrə tədbirlərin davam etdirilməsi, elektron xidmətlərdən istifadənin kütləviliyinin artırılması üzrə fəaliyyətin genişləndirilməsi, regionlarda genişzolaqlı internet xidmətlərindən istifadənin genişləndirilməsi üzrə tədbirlər gö¬rülmə¬si, pilot layihənin həyata keçirilməsi, internetin keyfiyyətinin artırılması, istifadəçilərin hüquqlarının qorunması üzrə tədbirlərin görülməsi, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların İKT-dən istifadə imkanlarının artırılması üzrə işlərin həyata keçirilməsi, ictimai yerlərdə ödənişsiz «WiFi» zonalarının yaradılması ilə bağlı tədbirlərin görülməsi kimi məsələlər öz əksini tapıb.

Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |