30.03.2013 [14:35] - Xəbərlər, Türk dünyası-Turan
Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə aprelin 3-5-də İstanbulda II Türk Dünyası Forumu keçiriləcəkdir.
TASAM-dan bildirmişlər ki, “Türk diasporu və qlobal türk siyasəti” mövzusunda keçiriləcək forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və türk muxtariyyətlərindən dəvət olunmuş alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, siyasi şərhçilər və media təmsilçiləri 12 bölmə iclasında “Türk dünyası və Türk Şurasının 2023 hədəfi”, “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ilinə yönəlik planları”, “Türkiyə və müstəqil türk respublikalarının münasibətlərinin hazırkı vəziyyəti və yeni arayışlar” kimi məsələlər müzakirə olunacaqdır.
Forumun ilk iclasında birinci forumda yaradılmış Ağsaqqallar Şurasının toplantısı da olacaqdır.
Xatırladaq ki, 2010-cu ilin oktyabrında İstanbulda keçirilmiş I Türk Dünyası Forumunda qəbul olunmuş Bəyannamədə Dağlıq Qarabağ problemi ilə bağlı ölkəmizin mövqeyi xüsusi yer almışdı.
LEYLA. DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 990 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |