Şrift:
Sumqayıtda 31 mart dünya azərbaycanlılarının soyqırımı günü münasibətilə anım tədbiri keçirilib
30.03.2013 [21:35] - Xəbərlər, Hadisə
Ötən gün Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyi, Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyi və Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 31 mart dünya azərbaycanlılarının soyqırımı günü münasibətilə anım tədbiri keçirilib. Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində baş tutan tədbirdə öncə məktəblilərin hazırladığı soyqırım sərgisinə baxış keçirilib. Daha sonra tədbirin rəsmi hissəsinin açılışı olub. Soyqırım şəhidləri yad edilərək, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra TRT-nin Bakı nümayəndəliyinin hazırladığı “Tarixin qara səhifəsi” sənədli filmi nümayiş etdirilib. Tədbirin aparıcısı, tarixçi Nəsibə azərbaycanlıların soyqırım tarixi haqqında məruzə ilə çıxış edib. Daha sonra Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri, BDM-in sədri İsmayıl Ağayev, ASİM-DER-in Azərbaycan nümayəndəsi Alı Alıyev, professor Azər Kərimov, Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin rəhbəri Əntiqə Rzayeva, yazıçı-publisist Əvəz Lələdağ və başqaları çıxış edərək xalqımızın qan yaddaşı 31 mart soyqırımı və erməni daşnaklarının törətdiyi cinayətlər haqqında çıxış ediblər. Anım tədbirində Sumqayıt Şəhər məktəbliləri və yeniyetmələri də fəal iştirak edib.
Sumqayıtda 31 mart dünya azərbaycanlılarının soyqırımı günü münasibətilə anım tədbiri keçirilib
BDM mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed