30.03.2013 [21:56] - Gündəm, İdman
Ermənistan Futbol Federasiyası (EFF) 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin oyununu qəbul etmək üçün namizədliyini irəli sürəcək. Bu haqda EFF-nin prezidenti Ruben Ayrapetyan məlumat verib. O bildirib ki, yaxın illərdə İrəvandakı “Razdan” yenidən qurulmağa başlayacaq.
“Ermənistan prezidenti yaxın beş ildə qarşımıza “Razdan” stadionunu yenidən qurmaq və onu Avropadakı ən yaxşı arenalardan birinə çevirmək vəzifəsi qoyub” – deyə o qeyd edib.
Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, “Avro-2020” ilk dəfə olaraq qitənin 13 müxtəlif şəhərində keçiriləcək. Oyunları qəbul edəcək namizəd şəhərlər arasında Azərbaycanın paytaxtı Bakı da var.

Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |