30.03.2013 [17:07] - Xəbərlər, Sosial
Bakıda yeni metrostansiyalar tikilərkən ərazidəki obyektlərin köçürülməsi ilə bağlı çətinlik yaranır. Bunu şənbə günü jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib.
Onun sözlərinə görə, yeni stansiyaların tikintisi zamanı köçürmələr həddindən artıqdır.
"Tikinti üçün boş yerlər yoxdur. İstər-istəməz köçürmələr olmalıdır. Bununla əlaqədar uzunmüddətli danışıqlar aparılır. İşlər hətta məhkəmələrə düşür. Həmin insanlar birmənalı başa düşməlidir ki, tikilən stansiyalar cəmiyyət və respublikanın gələcəyi üçündür", - Əhmədov bildirib.
O qeyd edib ki, gələn il "Avtovağzal" və " Memar Əcəmi-2" stansiyaları təhvil veriləcək.
"Həmin stansiyaların bu il təhvil verilməsi nəzərdə tutulmuşdu. Amma təəssüflər olsun ki, kommunikasiya işləri və gecikmələrlə əlaqədar bu il mümkün olmadı. Ümid edirəm ki, bu stansiyalar gələn ilin may ayına təhvil veriləcək", - Tağı Əhmədov vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 915 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |