Şrift:
NATO missiyası İPAP çərçivəsində görülən işləri dəyərləndirmək üçün Azərbaycana gələcək
01.04.2013 [10:18] - Xəbərlər, Siyasət
Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat planı (İPAP) və Planlaşdırma və Analiz Prosesi çərçivəsində həyata keçirdiyi işlər NATO tərəfindən qiymətləndiriləcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu məqsədlə NATO ekspertlərindən ibarət missiya aprelin 8-dən 12-dək Bakıda səfərdə olacaq.

Qeyd edək ki, Azərbaycan İPAP-a 2005-ci ildə, PAP-a 1997-ci ildə qoşulub. Hər il, Azərbaycan və NATO ekspertləri tərəfindən İPAP və PAP üzrə qiymətləndirmələr keçirilir. PAP çərçivəsində Azərbaycanın qəbul etdiyi 44 Tərəfdaşlıq Məqsədlərindən 31-i (Ümumi-18, Quru Qoşunları-7, Hərbi Dəniz Qüvvələri-2 və Hərbi Hava Qüvvələri-4) Silahlı Qüvvələrə aiddir.
Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed