01.04.2013 [14:20] - Gündəm, Hərb
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ayda 1 138 485 manat artıb.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, aprelin 1-ə kimi Fondun manat hesabına toplanmış vəsaitin həcmi 39 017 597 AZN, ABŞ dolları hesabındakı vəsait 205 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib. Fondun dollar və avro hesabında vəsaitin artımı baş verməyib. Yeni açılmış Rusiya rublu ilə hesaba isə vəsait daxil olmayıb.
Ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi 50,023 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |