01.04.2013 [16:25] - Gündəm, İdman
Azərbaycan gimnastları Qran-prinin növbəti mərhələsinin və bu yarışlar çərçivəsində Fransanın Tye şəhərciyində keçirilmiş beynəlxalq turnirin üç finalının iştirakçısı olublar. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər.
Finala ilk vəsiqəni təsnifatda lentlə hərəkətlərdə beşinci və çoxnövçülükdə doqquzuncu nəticə göstərən Marina Durunda qazanıb.
O, finalda bu əşya ilə bir gün əvvəl topladığı qədər (17.0) bal toplayıb, lakin qarşıdakı Avropa çempionatına ev sahibliyi edəcək Avstriya idmançısından geri qalaraq altıncı olub. Mükafatçılar isə rusiyalı Marqarita Mamun, bolqar Silviya Miteva və belaruslu Melitina Stanyuta olublar. İkinci azərbaycanlı iştirakçısı Lalə Yusifova 23-cü yerlə kifayətlənib.
Tanınmış gimnastların diqqəti 2013-cü il mayın sonunda keçiriləcək Avropa çempionatına yönəldiyi halda, böyük qrup komandaları üçün ciddi sınaq avqustda Ukraynada keçiriləcək Dünya çempionatı ilə başlayacaq. Tərkibində Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, İradə Əhədzadə, Səbinə Qaratova və Mənsurə Bağıyevanın olduğu milli komanda beynəlxalq turnirin hər iki final mərhələsinə çıxıb, kollektiv burada üç halqa və iki lent hərəkətləri ilə daha yaxşı çıxış edərək altıncı olub. Beş cüt gürzlə kompozisiyaya görə gimnastlarımız yekun nəticə əldə ediblər. Fərdi yarışmada olduğu kimi, burada da rusiyalı gimnastlar qələbə qazanıblar. Çin idmançıları ikinci, ispanlar isə üçüncü olublar.
Gimnastlar üçün növbəti yarış məkanı Pireney yarımadası olacaq. Aprelin 4-7-də Lissabonda Dünya kubokunun mərhələsi və beynəlxalq turnir keçiriləcək. Yarışda ölkənin yaşca böyük və gənc idmançıları iştirak edəcəklər.
Bununla yanaşı, Kiyevdə idman gimnastikası üzrə Stella Zaxarova Beynəlxalq kuboku baş tutub. Yarışda üç azərbaycanlı gimnast iştirak edib. Burada ən yaxşı nəticəni Uğur Xəlilbəyli göstərib. O, sərbəst hərəkətlərdə onuncu yerə çıxıb.
Aprelin 7-21-də isə Moskvada Avropa çempionatı keçiriləcək. Buna görə də idmançıların əksəriyyəti bu yarışları mövsümün əsas startından öncə repetisiya qismində nəzərdən keçirir.

Bu xəbər oxucular tərəfindən 996 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |