Şrift:
Koreya Xalq Demokratik Respublikası özünü "tamhüquqlu nüvə dövləti" elan edib
02.04.2013 [01:10] - Gündəm, Siyasət
KXDR Ali Xalq Yığıncağının deputatları nüvə arsenalının ölkənin müdafiəsində mühüm rol oynaması haqqında qanun qəbul edib. RİA Novostinin verdiyi məlumata görə, deputatlar bildiriblər ki, ölkənin nüvə silahları qanunda öz əksini tapmalıdır.
Məlumatda deyilir ki, Ali Xalq Yığıncağının üzvləri KXDR-in nüvə silahlarının keyfiyyət və kəmiyyət baxımından gücləndirilməsini vacib hesab edir.
Deputatların fikrincə, KXDR "tamhüquqlu nüvə dövləti"dir. Bu mənada KXDR düşməni nüvə silahı ilə birdəfəyə məhv etməyə hazır olduğunu göstərir.
Qanunda deyilir ki, KXDR-in nüvə arsenalı yalnız müdafiə üçün istifadə edilə bilər.
Bu xəbər oxucular tərəfindən 874 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed