02.04.2013 [10:24] - Xəbərlər, Bildiriş
ABŞ Dövlət Departamenti Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin bu ölkədə keçirilən qeyri-qanuni aksiyaları maliyyələşdirməsi barədə Azərbaycan hökumətinin müraciətini araşdıracaq.
Dövlət Departamentinin rəsmi saytı xəbər verir ki, bunu departamentin sözçüsü Viktoria Nuland bu haqda sualı cavablandırarkən deyib.
Son günlər baş verənlər haqqında məlumatı olmadığını deyən Nuland onları araşdıracaqlarını diqqətə çatdırıb.
"Lakin məlumdur ki, ABŞ-ın maliyyələşdirdiyi bütün demokratiya layihələri son dərəcə sərt qaydalar çərçivəsində fəaliyyət göstərirlər. Onlar konkret hansısa siyasi partiyanı yaxud ideoloji xətti maliyyələşdirmirlər, bütün siyasi qüvvələrə qərəzsiz yanaşırlar", - Nuland deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın baş prokuroru Zakir Qaralov Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin qeyri-qanuni aksiyaların maliyyələdirməsi fəaliyyəti ilə bağlı Amerika Birləşmiş Ştatlarının səfiri Riçard Morninqstara müraciət edib.

Bu xəbər oxucular tərəfindən 1045 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |