02.04.2013 [11:21] - Gündəm, Diaspor
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə Los Ancelesdəki nüfuzlu Cənubi Kaliforniya Universitetində Azərbaycan Diplomatik Akademiyasının əməkdaşı, hazırda Kembric Universitetinin doktorantı olan Taleh Ziyadovun mühazirəsi keçirilib. Baş Konsulluqdan verilən xəbərə görə, universitetin Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən “Xəzər bölgəsi: Dənizlər arasında siyasət” başlıqlı tədbiri giriş sözü ilə universitetin professoru Robert İngliş açıb. Sonra Pepperdayn Universitetinin professoru Ceyms Coyl qısa çıxış edərək Xəzər bölgəsinin ABŞ və Avropa üçün əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Taleh Ziyadov Xəzər bölgəsi ölkələrinin zəngin təbii sərvətlərindən bəhs edərək, bu sərvətlərin bölgə ölkələrinin, xüsusilə Azərbaycan və Qazaxıstan kimi ölkələrin müstəqilliyinin möhkəmlənməsində önəmli rol oynadığını qeyd edib. O bildirib ki, müstəqil enerji siyasəti yürüdən Azərbaycanın enerji resursları Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji mənbələrinin diversifikasiyası üçün böyük önəm daşıyır. Bu səpkidə natiq dinləyiciləri artıq fəaliyyətdə olan, eləcə də planlaşdırılan enerji layihələri barədə ətraflı məlumatlandırıb. T. Ziyadov TANAP qaz kəməri layihəsinin gerçəkləşdirilməsinin Azərbaycanın Avropa enerji təhlükəsizliyinə töhfəsinin daha da artmasına gətirib çıxaracağını diqqətə çatdırıb.
Xəzər bölgəsinin gələcəyi üçün vahid baxışın formalaşdırılmasının vacibliyini qeyd edən natiq, Ermənistan-Azərbaycan münaqişəsi də daxil olmaqla regiondakı münaqişələrin hələ də davam etməsinin və Xəzər dənizinin hüquqi statusunun həll edilməməsinin regional inteqrasiyaya mane olduğunu qeyd vurğulayıb.
Çıxışdan sonra T. Ziyadov iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Bu xəbər oxucular tərəfindən 914 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |