08.11.2011 [13:40] - Xəbərlər
“Dağlıq Qarabağla bağlı yeni müharibə bu problemə aidiyyatı olan hər kəs üçün fəlakət olacaq və çox güman ki, burada qazanan yalnız öz yeni imperiya ideyalarını həyata keçirməyə çalışan Rusiya olacaq”.
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, ABŞ Quru Qoşunları Hərbi Kolleci Strateji Araşdırmalar İnstitutunun professoru Stefen Blank belə deyib.
Professor Blank Dağlıq Qarabağ sülh prosesi ilə bağlı son analizində qeyd edib ki, danışıqlardakı son uğursuzluqlar təəccüb doğurmur.
“Lakin Qafqazda hazırkı tendensiyalardan belə fikrə gəlmək olur ki, əgər vasitəçilik missiyasının fəaliyyətində tərəqqi hiss olunmursa, danışıqların nəticəsi daha gözlənilməz ola bilər”.
Analitik qeyd edir ki, Azərbaycan və ABŞ münasibətləri inkişaf edir və bu yaxınlarda Almaniya və Rumıniyada iki ölkənin silahlı qüvvələri arasında birgə çalışmalar həyata keçirilib: “Bakıda Türkiyənin müdafiə naziri İsmət Yılmaz qeyd edib ki, Türkiyə müdafiə sənayesi sektorunda Bakıya tam dəstək verir. Hər iki dövlət strateji əməkdaşlıq haqqında müqavilə imzalayıb və Ali Məsləhət Şurası yaradıblar. Bu yolla da Bakı qərara alıb ki, Moskvanın müdafiə və təhlükəsizlik siyasətinin ona tabe olması tələbindən imtina etsin”.

Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |