02.04.2013 [14:33] - Xəbərlər, Gündəm
Aprelin 5-də Vaşinqtonda «BMT və Ermənistan-Azərbaycan münaqişəsi: Əsaslara doğru geri» adlı konfrans keçiriləcək.Ceymstaun Fondunun təşkil etdiyi tədbir BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk qətnamə qəbul etməsinin 20-ci ildönümünə həsr olunub.
Konfransda Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev BMT Təhlükəsizlik Şurasının qətnamələrinin beynəlxalq-hüquqi aktuallığı və əhəmiyyəti barədə çıxış edəcək. Bundan başqa konfransda Heritage Fondunun baş elmiş işçisi Ariel Koen, Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri Frederik Starr çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsir göstərən beynəlxalq amillər barədə danışacaqlar.

Bu xəbər oxucular tərəfindən 771 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |