03.04.2013 [10:17] - Gündəm, Siyasət
Kanada Parlamenti İcmalar Palatası spikerinin müavini, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Parlamentdən verilən məlumata görə, səfər Azərbaycanın Kanadadakı səfirliyi, Yeni Azərbaycan Partiyası və Milli Məclisin birgə təşkilatçılığı ilə həyata keçirilir. Nümayəndə heyətinə B. Devolindən başqa İcmalar Palatasının üzvü Vladislav Lizon, senatorlar Yona Martin və Salma Atullahcan daxildirlər.
Səfər çərçivəsində nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədov ilə görüş və siyasi partiyalar ilə dəyirmi masa keçirəcəklər. Qonaqların Azərbaycan prezidenti ilə də görüşü gözlənilir. Nümayəndə heyəti Milli Məclisin aprelin 5-də keçiriləcək iclasında da iştirak edəcək. Səfər aprelin 7-də başa çatacaq.

Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |